Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əl-Cəzirə: “Hizbullah” İsrailin Livana yerüstü müdaxiləsini gözləmir

Əl-Cəzirə: “Hizbullah” İsrailin Livana yerüstü müdaxiləsini gözləmir

“Hizbullah” hərəkatı Colan təpələrindəki Məcdəl-Şəms yaşayış məntəqəsinin atəşə tutulmasına cavab bəhanəsi ilə İsrail qüvvələrinin Livan ərazisinə girməsini gözləmir.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bunu hərəkatın rəhbərliyindəki mənbə Əl-Cəzirə telekanalına şərhində deyib.

Kanalın həmsöhbəti Livan ərazisinə hətta məhdud olsa belə, yerüstü müdaxilə gözləmədiklərini bildirib. “Lakin biz tam hazır vəziyyətindəyik”, – deyə o əlavə edib.

İyulun 27-də Məcdəl-Şəms şəhərində idman meydançasına raket düşməsi nəticəsində 12 yeniyetmə həlak olub. İsrail hakimiyyəti insidentdə Livanı və “Hizbullah” hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini bildirib.

Öz növbəsində “Hizbullah” insidentlə hər hansı əlaqəsini inkar edir.

Editor

Related Posts