Fələstin Prezidenti Mahmud Abbas HAMAS lideri İsmayıl Haniyənin qətlini pisləyib.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o bildirib ki, sözü gedən qanlı hadisə regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək.
M. Abbas Fələstin xalqını İsrailə qarşı qətiyyətlə birləşməyə çağırıb.
Qeyd edək ki, HAMAS-ın rəhbəri İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gəlib. İsrail hərbi aviasiyası onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirib. Nəticədə İ.Haniyənin özü və mühafizəçisi həlak olub.