Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Beynəlxalq Atom Enerjisi Ajansı: “İran yeraltı nüvə obyektlərini genişləndirir”

Beynəlxalq Atom Enerjisi Ajansı: “İran yeraltı nüvə obyektlərini genişləndirir”

Beynəlxalq Atom Enerjisi ajansı son hesabatında BMT-nin bu nəzarət orqanının rəhbərlər şurasına məlumat verib ki, İran yeraltı nüvə obyektlərini genişləndirir.

“Reuters”in məlumatına görə, oktyabrın 10-da ajansın məxfi hesabatında ”İran Nətənz şəhərində yerləşəən yeraltı nüvə obyektində uranın qabaqcıl sentrifuqalarla zənginləşdirilməsini inkişaf etdirir və daha da irəli getmək əzmindədir”.

Ajansın yaydığı məlumata əsasən, bu yaxınlarda Nətənz yeraltı təsisastında quraşdırılan İR-6 qabaqcıl sentrifuqalarının üçüncü kaskadı artıq istismar mərhələsinə daxil olub.

Qeydə edək ki, İran Beynəlxalq Atom Anerjisi ajansına burada quraşdırdığı 12 sentrifuqaya əlavə olaraq 3 ədəd IR-2M sentrifuqa kaskadı əlavə etməyi planlaşdırdığını bildirib.

Editor

Related Posts