Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Haniyəni müvəqqəti əvəz edəcək şəxs məlum oldu

Haniyəni müvəqqəti əvəz edəcək şəxs məlum oldu

Xalid Meşal Tehranda İsmayıl Haniyənin öldürülməsindən sonra HƏMAS Siyasi Bürosunun müvəqqəti rəhbəri olacaq.

Birinci24.com xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Bildirilir ki, Məşəl bundan əvvəl uzun illər bu vəzifədə çalışıb.

Qeyd edilir ki, HƏMAS daha sonra növbədənkənar seçkilər keçirəcək və bu seçkilərdə Siyasi Büronun yeni rəhbəri müəyyənləşəcək.

Xalid Meşal 1956-cı ildə Silvad kəndində (Samariyanın Ramallah şəhəri ətrafı) anadan olub. 1967-ci ildə o, ailəsi ilə birlikdə İordaniyaya deportasiya edilib, oradan da ailəsi tezliklə Küveytə köçüb.

Editor

Related Posts