Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Laçında meyiti tapılan gizir Fərid Cəbrayılov Kürdəmirdə dəfn edildi – Foto

Laçında meyiti tapılan gizir Fərid Cəbrayılov Kürdəmirdə dəfn edildi – Foto

Laçında meyiti tapılan 4 hərbiçidən biri gizir Cəbrayılov Fərid Famil oğlunun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və hərbçilər iştirak ediblər.

Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub.

Qeyd edək ki, gizir Fərid Cəbrayılov 1995-ci ildə Kürdəmirin Qaraqocalı kəndində anadan olub. O, 17 ilə yaxın idi ki, Azərbaycan ordusunda xidmət edirdi. Ailəli idi, iki azyaşlı uşağı var.

Xatırladaq ki, Laçın rayonunda Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oktay oğlunun meyitləri aşkar olunub.

Onların kükürd qazlı termal sularda çimərkən zəhərləndikləri bildirilir. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.





Editor

Related Posts