Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Instagram” açılacaq? – Türkiyə şərtlərini açıqladı

“Instagram” açılacaq? – Türkiyə şərtlərini açıqladı

Türkiyədə bloklanan sosial media platforması ilə bağlı bu gün “Instagram” rəsmiləri ilə görüş baş tutub.

Birinci24.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial media platformasında məlumat verib.

“Tələblərimizin yerinə yetirilməsi ilə bağlı lazım olan addımları atacaqlarına ümid edir, müsbət irəliləyişlər gözləyirik”, – nazir görüşdən əvvəl yazıb.

“Keçən həftə girişini blokladığımız “İnstagram” sosial media platformasının rəsmiləri ilə görüş keçirildi. Görüş zamanı Türkiyənin qanunlarına riayət edilməsi ilə bağlı həssaslıqlarımızı ifadə etdik. Ümid edirik ki, bizim tələblərimizi yerinə yetirəcəklər”, – Uraloğlu əlavə edib.

Digər tərəfdən, Uraloğlu “Instagram”a tətbiq edilən giriş bloku ilə bağlı da danışıb.

“Həssaslıqlarımız məlumdur. Oradakı çatışmazlıqlar məlumdur. O çatışmazlıqlar aradan qaldırıldıqda, biz də girişə qadağanı aradan qaldıracağıq”, – Uraloğlu deyib.

Abdulkadir Uraloğlu, onlara ən son kataloq cinayətləri ilə bağlı xəbərdarlıq etdiklərini, lakin lazımi cavabı almadıqları üçün giriş qadağası qoyduqlarını bildirib.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə “İnstagram” bağlanıb. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin açıqlamasında deyilir ki, çoxsaylı cinayət paylaşımları sosial medianın bloklanmasına səbəb olub.

Xatırladaq ki, aylıq 2 milyarddan çox aktiv istifadəçisi olan “Instagram” “Facebook” və “YouTube”dan sonra dünyada ən çox istifadə edilən platformadır. Türkiyə 57,1 milyon istifadəçi ilə dünyada ən çox “Instagram” istifadəçisi olan beşinci ölkədir.

Editor

Related Posts