Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kamala Harris vitse-prezidentliyə namizədi açıqladı

Kamala Harris vitse-prezidentliyə namizədi açıqladı

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizədliyini irəli sürən Kamala Harris Minnesota qubernatoru Tim Uolzı vitse-prezidentliyə namizəd kimi seçmək qərarına gəlib.

Birinci24.com xəbər verir ki, bu barədə rəsmi olaraq Harris bildirib.

“Reuters” daha əvvəl avqustun 6-da Harrisin Tim Uolz və Pensilvaniya qubernatoru Coş Şapiro arasında seçim etdiyini bildirib.

Bildirilir ki, ötən həftə sonu, Harris vitse-prezidentliyə namizəd olmaq üçün mümkün namizədlərlə bir sıra görüşlər və telefon danışıqları keçirib. Nəşrin məlumatına görə, üç əsas namizəd arasında Tim Uolz, Coş Şapiro və Arizona senatoru Mark Kelli olub.

60 yaşlı Tim Uolz Milli Ordunun keçmiş əsgəri və keçmiş müəllimdir. O, 2019-cu ilin yanvarından Minnesota qubernatoru vəzifəsində çalışır.

Editor

Related Posts