Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran İsrailə genişmiqyaslı hücumdan imtina edə bilər – “Politico”

İran İsrailə genişmiqyaslı hücumdan imtina edə bilər – “Politico”

İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər.

Birinci24.com xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Onların fikrincə, ABŞ hələ də Haniyənin öldürülməsinə İrandan hansısa reaksiya gözləyir, lakin Tehran ilkin cavab planına yenidən baxdığından, yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.

ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib. Onlar qeyd ediblər ki, Birləşmiş Ştatlar həmçinin İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin növbəti mərhələsi Tehranda İsmayıl Haniyənin öldürülməsindən və “Hizbullah” hərəkatının hərbi qanadının komandirlərindən Fuad Şükrün Beyrutda zərərsizləşdirilməsindən sonra baş verib. İran, HƏMAS və “Hizbullah” hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.

Editor

Related Posts