Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qəzzada ölü və yaralıların ümumi sayı 133 minə çatır

Qəzzada ölü və yaralıların ümumi sayı 133 minə çatır

İsrail qüvvələrinin 2023-cü ilin oktyabr ayından Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 25 fələstinli ölüb.

Birinci24.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində İsrail ordusu Qəzza zolağında iki hücum həyata keçirib, nəticədə 25 nəfər ölüb, 72 nəfər yaralanıb, ölənlərin cəsədləri və yaralılar tibb müəssisələrinə çatdırılıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, İsrailin Qəzzada bu günə qədər keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 40 min 99, yaralananların sayı isə 92 min 609 nəfərə çatıb.

Editor

Related Posts