Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib

BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib

BMT Baş Assambleyası Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qərarını pisləyən qətnamə qəbul edib.

Sənədin qəbulunun lehinə 143 ölkə, əleyhinə 5 ölkə (Rusiya, Belarus, Şimali Koreya, Nikaraqua və Suriya) səs verib, 35 ölkə bitərəf qalıb. Bitərəf qalan ölkələr arasında Çin, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan var.

BMT Baş Assambleyası tərəfindən təsdiq edilən sənəddə “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqlik” ifadə edilir.

Qətnamə bütün ölkələri, beynəlxalq təşkilatları və BMT-nin ixtisaslaşmış strukturlarını “Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətləri”nin statusunda dəyişiklikləri tanımamağa, Rusiyanı isə ərazilərə münasibətinə yenidən baxmağa çağırır.

Editor

Related Posts