Today Şənbə, 19th Aprel 2025
Birinci 24

Birinci 24

“Nüvədən istifadə Rusiyaya görünməmiş nəticələr verəcək” – Reuters

“Nüvədən istifadə Rusiyaya görünməmiş nəticələr verəcək” – Reuters

Rusiyanın hər hansı nüvə silahından istifadə etməsi Moskva üçün görünməmiş nəticələrə səbəb olacaq. Bu, çox güman ki, bir çox müttəfiqlərin, hətta NATO-nun özünün fiziki reaksiyasına, real cavab tədbirlərinə səbəb olacaq. AzVision.az xəbər verir ki, bu barədə “Reuters” alyansın adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

 “Bayden Putinin Ukraynaya nüvə atacağına şübhə edir” – CNN O, anonimlik şərti ilə danışaraq qeyd edib ki, Rusiyanın nüvə zərbəsinin münaqişənin gedişatını dəyişəcək.

– Bu addım ola bilsin ki, NATO-nun özündən fiziki reaksiya doğuracaq. Bununla belə, Moskva nüvə təhdidlərindən ilk növbədə NATO və digər ölkələri birbaşa Ukraynaya qarşı müharibədə iştirakdan çəkindirmək üçün istifadə edir, – NATO rəsmisi deyib.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etməklə yanaşı, Qərbi nüvə silahı ilə hədələdi. Bunun ardınca müharibə zamanı ələ keçirilmiş bəzi Ukrayna regionları rəsmən Rusiya ərazisi kimi tanındı. Bu kontekstdə Rusiya rəsmiləri də ölkə ərazisinə təcavüz olacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini bəyan etməyə başladılar.

Məqalədə o da vurğulanır ki, Rusiyanın Ukraynada yeddi aydan çox davam edən işğal əməliyyatları zamanı Kreml canlı qüvvə və maddi cəhətdən böyük itkilərə məruz qalıb və son bir ayda bir neçə cəbhədə geri çəkilib.

Editor

Related Posts