Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda iki qadının pulları və qızılları oğurlandı

Bakıda iki qadının pulları və qızılları oğurlandı

Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Editor

Related Posts