Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda su sayğacında iki kiloqram heroin tapılıb

Bakıda su sayğacında iki kiloqram heroin tapılıb

Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib.

Birinci24 informasiya agentliyi xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərək sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Editor

Related Posts