Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim etdi

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim etdi

Berlin Kiyevə daha bir IRIS-T SLS hava hücumundan müdafiə sistemi (ümumilikdə üç), artilleriya mərmiləri, pilotsuz təyyarələr və digər silahlar təhvil verib.

Birinci24.com xəbər verir ki, bu, Almaniya hökumətinin saytında dərc olunan bazar ertəsi günü yenilənmiş Ukraynaya hərbi yardım siyahısında öz əksini tapıb.

Yeni paketə IRIS-T SLS zenit-raket kompleksindən əlavə, 14 min 155 mm-lik artilleriya mərmisi, 10 yerüstü pilotsuz uçuş aparatı (PUA), ehtiyat hissələri olan 26 “Vektor” kəşfiyyat aparatı, 6 HMEE yükləyicisi və 2 “Bergepanzer” zirehli maşını daxildir.

Bundan başqa, yeni paketdə 700 ədəd MK 556 avtomat silahı, 10 ədəd patronlu HLR 338 markalı snayper tüfəngi, 50 ədəd CR 308 tüfəngi, 55 min ədəd ilkin tibbi yardım çantası, həmçinin partlayıcı əşyaların zərərsizləşdirilməsi üçün vasitələr var.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. 2025-ci il üçün büdcə sazişinə uyğun olaraq, Ukraynaya hərbi dəstək üçün 4 milyard avro ayrılacaq ki, bu da 2024-cü illə müqayisədə iki dəfə çoxdur.
Xatırladaq ki, Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avro ayırmağı öhdəsinə götürüb.

Editor

Related Posts