Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyada 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb

Rusiyada 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb

Dünən axşam saatlarında Moskva vilayətindəki Reutov şəhərində atıcılıq poliqonunda 43 yaşlı azərbaycanlı iş adamı Emin Quliyev öldürülüb.

Birinci24.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi rəsmi “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Belə ki, avqustun 20-də axşam saatlarında 43 yaşlı Emin Quliyev oğlunu Reutovdakı atıcılıq meydançasına aparıb. Atası atəş xəttinə girən zaman oğlu ehtiyatsızlıqdan atəş açaraq, onu ölümcül yaralayıb. İstintaq Komitəsindən verilən məlumata görə, azərbaycanlı iş adamı yerindəcə keçinib.

İdarənin məlumatına görə, Emin Quliyev atəş xəttinə oğlunun şəklini çəkmək üçün girib. Ancaq 17 yaşlı oğlu atasını görməyib və onu karabinlə vurub. İş adamı təcili yardım gələnə kimi dünyasını dəyişib.

Atıcılıq poliqonunun əməkdaşının sözlərinə görə, Eminin silah icazəsi olub və onunla müqavilə bağlanıb.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə (Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi) cinayət işi açılıb. Hadisə yerinə müstəntiqlər və kriminalistlər tərəfindən baxış keçirilib.

Editor

Related Posts