Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tənənəm kəndində ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şərur rayonunun Tənənəm kəndində sakinlər arasında ekoloji-hüquqi maarifləndirmə söhbəti aparıb.

Sakinlərlə görüşən ekoloqlar ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədi və təsir hallarının birgə aradan qaldırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasının əhəmiyyəti və məqsədləri barədə danışıblar. Qeyd olunub ki, yaşıllıqlar təbii radiasiyanın qarşısının alınmasında əvəzsiz rol oynayır. Buna görə də ekologiyanın qorunması, ətraf mühitin saflaşdırılması ictimai əhəmiyyət daşıyır. Hər kəs bu sahədə vətəndaşlıq borcunu yerinə yetirməli, yaşıllıqları qorumalı, qanunsuz ova qarşı barışmaz olmalı, bu əməli törədənlər ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilməli, tənbeh edilməlidir.

Görüşdə həmçinin ətraf mühitin qorunmasında vətəndaşların hüquq və vəzifələrindən də söz açılıb. Yaşıllıqların korlanmasının, ağacların kəsilməsinin, qanunsuz ov edilməsinin, çirkab sularının axıdılmasının yolverilməz olduğu bildirilib, belə hallara qarşı tətbiq edilən cərimələr diqqətə çatdırılıb.

Sakinlərlə söhbət zamanı dağlıq ərazilərdə yeni meyvə bağlarının salınması məsələlərindən də söz açılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

admin

Related Posts