Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əfqanıstanda qadınlar qohum olmayan kişilərə baxa bilməz – Yeni qadağalar

Əfqanıstanda qadınlar qohum olmayan kişilərə baxa bilməz – Yeni qadağalar

Əfqanıstanda hakim “Taliban” qruplaşması qadınlara üzləri açıq şəkildə danışmağa və üzləri açıq şəkildə ictimai yerlərə çıxmağa qadağa qoyub.

Birinci24.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, Əfqanıstanın Neqativliklərin Qarşısının Alınması və Əxlaqın Təşviq Edilməsi Nazirliyi avqustun 21-də bununla bağlı yeni qanun qəbul edib. Qanun 114 səhifədən və 35 maddədən ibarətdir.

Agentlik qeyd edir ki, bu qadağalar müvafiq nazirliyin ilk rəsmi Qanunlar Bəyannaməsinə daxil edilib. Qanun həmçinin ictimai nəqliyyat, musiqi, təraş və bayramlar kimi gündəlik həyatın aspektlərini əhatə edir.

Nazirliyin xüsusi nümayəndəsi Maulvi Abdul Qafar Faruq bu İslam qanunlarının əxlaqın təbliğ edilməsində və neqativliklərin aradan qaldırılmasında böyük faydası olacağını bildirib.

Qanunda həmçinin qadınların qohum olmadığı kişilərə baxması, kişilərin qohum olmadığı qadınlara baxması qadağan edilib. Kişilərin qohum olmayan qadınlarla eyni mühitlərdə olması və qadınların təkbaşına nəqliyyat vasitələrinə minməsi də yeni qəbul edilən qadağalar arasındadır. Həmçinin, yeni qadağalara görə, mətbuatda canlıların rəsmlərindən və şəkillərindən istifadə etmək də mümkün olmayacaq.

Qaydalara əməl etməyənlər məhkəmə qərarı olmadan həbs edilə bilər.

Editor

Related Posts