Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bu, heç bir halda siyasi qərar deyil” – Makron Durov haqqında

“Bu, heç bir halda siyasi qərar deyil” – Makron Durov haqqında

Fransa Prezidenti Emmanuel Makron “Telegram” messencerinin təsisçisi Pavel Durovun Fransada davam edən məhkəmə istintaqı çərçivəsində saxlanıldığını bildirib.

Birinci24.com xəbər verir ki, bu barədə Fransa prezidenti “X” sosial şəbəkə hesabında yazıb.

“Bu, heç bir halda siyasi qərar deyil. Qərarı hakimlər verməlidir. Mən burada Pavel Durovun həbsindən sonra Fransa haqqında yalan məlumat oxuyuram. Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa həmişəkindən daha çox sadiqdir. Belə də qalacaq.

Qanunun aliliyi çərçivəsində real həyatda olduğu kimi sosial mediada da vətəndaşların müdafiəsi və onların əsas hüquqlarına hörmət edilməsi üçün azadlıqlar qanunla müəyyən edilmiş çərçivədə həyata keçirilir. Qanuna əməl olunmasını təmin etmək tam müstəqilliyə malik olan məhkəmələrə həvalə olunur”, – Makron bildirib.

Xatırladaq ki, “Telegram” və “Vkontakte”nin təsisçisi Pavel Durov avqustun 24-ü axşam saatlarında Fransada saxlanılıb. Rəsmi olaraq səlahiyyətlilər iş adamının nədə şübhəli olduğunu açıqlamayıblar. KİV-in məlumatına görə, o, “Telegram”da moderasiya olmadığı və messencer administrasiyası kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina etdiyi üçün bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda və terrorda ittiham oluna bilər.

Qeyd edək ki, Pavel Durov bir neçə ölkənin, o cümlədən Rusiya və Fransanın vətəndaşıdır.

Editor

Related Posts