Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tramp sentyabrın 10-da Harrislə debat keçirəcək

Tramp sentyabrın 10-da Harrislə debat keçirəcək

“ABŞ-nin vitse-prezidenti Kamala Harris ilə seçki debatları keçirmək barədə razılığa gəlinib, tədbir sentyabrın 10-da ABC televiziyasının saytında keçiriləcək”.

Birinci24.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Mən radikal sol demokratlarla Kamala Harrislə debat keçirmək üçün razılığa gəldim. O, 10 sentyabr çərşənbə axşamı, Pensilvaniya ştatının Filadelfiya şəhərində ABC kanalında canlı yayımlanacaq”, – məlumatda deyilir.

Tramp qeyd edib ki, Harrislə debat qaydaları onun iyun ayında CNN-də ABŞ Prezidenti Co Baydenlə etdiyi müzakirələrlə eyni olacaq.

Qeyd edək ki, CNN daha əvvəl Harris-Tramp debatının tərəflər arasında mikrofon qaydaları ilə bağlı mübahisələrə görə təhlükə altında olduğunu bildirib.

Editor

Related Posts