Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna ordusu Rostov neft bazasını vurdu – Video

Ukrayna ordusu Rostov neft bazasını vurdu – Video

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri ilə birgə əməliyyat keçirib.

Birinci24.com xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında əməliyyatın tərkib hissəsi olaraq Rusiyadakı Rostov neft bazasına PUA-larla hücum edilib.

Yerli sakinlərin sözlərinə görə, Rosrezervdəki “Atlas” zavodunda PUA hücumundan sonra yanğın baş verib.

Qeyd olunur ki, neft məhsullarının saxlanması üzrə ixtisaslaşan zavod Rusiya hərbi-sənaye kompleksinin bir hissəsidir və Rusiya ordusunun neft məhsulları ilə təminatında birbaşa iştirak edir.

Hücumu Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev də təsdiq edib. O, ilkin məlumatlara görə, itki olmadığını və gələn məlumatların dəqiqləşdirildiyini bildirib.

Sosial şəbəkələrdə də neft bazasında baş verən yanğının videoları yayılıb.

Bəzi “Telegram” kanallarının iddia etdiyinə görə, hücum zamanı neft bazasının ərazisinə iki pilotsuz təyyarə düşüb. Nəticədə, bəzi kanallara görə 3, bəzi kanallara görə 4 çən yanıb.

Qeyd edək ki, “Atlas” neft bazası avqustun əvvəlində də PUA hücumuna məruz qalıb.

Editor

Related Posts