Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyə İsrail ilə ticarət əlaqələrini tamamilə dayandırıb

Türkiyə İsrail ilə ticarət əlaqələrini tamamilə dayandırıb

Bu ilin yanvar-iyul aylarında Türkiyən ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 148 milyard 738 milyon dollara çatıb, idxalı isə 8,3% azalaraq 198 milyard 676 milyon dollar olub.

Birinci24.com xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyə son 2 ayda (iyun, iyul) İsrail ilə ticarət əlaqələrini tamamilə dayandırıb.

Qeyd edək ki, əvvəlki illərdə İsrail Türkiyənin əsas ticarət tərəfdaşlarından biri olub. Ötən il İsrail Türkiyənin ən çox məhsul ixrac etdiyi 13-cü ölkə olub. Ötən il Türkiyə İsrailə 5,4 milyard dollar, bu ilin ilk 5 ayında isə 1,5 milyard dollar dəyərində məhsul ixrac edib.

Editor

Related Posts