Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“20 Yanvar”da yeraltı keçidlərdə mağazalar bağlanıb – Foto

“20 Yanvar”da yeraltı keçidlərdə mağazalar bağlanıb – Foto

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Bu gün səhər saatlarında mağazalar bağlı olub. Sahibkarların bildirdiyinə görə, qərar dünən axşam saatlarında verilib. Bildirilib ki, mağazaların hansı səbəbdən bağlanması bəlli deyil.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, “20 Yanvar” və “Cəfər Cabbarlı” metro xətlərindəki keçidlərdəki obyektlərin onlara heç bir aidiyyəti yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən də keçidlərdəki mağazaların onlara aidiyyatı olmadığı bildirilib.

Mağazaların bağlanmasının səbəbləri barədə digər qurumlar də hələlik açıqlama yaymayıb.

Editor

Related Posts