Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

7,8 min Azərbaycan vətəndaşı İrandan keçərək Ərbəinə qatılıb

7,8 min Azərbaycan vətəndaşı İrandan keçərək Ərbəinə qatılıb

Bu il İrandan keçərək Ərbəin mərasiminə qatılan Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib.

Ümumilikdə Ərbəin yürüşünə qatılmaq İran üzərindən keçərək İraqa keçən zəvvarların sayı nəzərəçarpacaq səviyyədə yüksəlib.

Belə ki, 7 691 Azərbaycan vətəndaşı İrandan keçərək Ərbəin ziyarətinə qatılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasından İrana keçən Ərbəin zəvvarlarının sayı isə 117 nəfər təşkil edib.

Həmçinin 1 304 Gürcüstan vətəndaşı da İran üzərindən İraqa keçid edib.

Qeyd edək ki, Azərbaycan Respublikasında (Naxçıvan MR istisna olmaqla) quru sərhədlər qapalı olduğu üçün insanlar hava yolları vasitəsilə Kərbəla səfərinə çıxır – onlardan bəziləri birbaşa aviareyslərlə İraqa gedir, digərləri isə əsasən Türkiyə və Gürcüstana uçuş edərək oradan quru yolları ilə İraqa daxil olurlar.

Editor

Related Posts