Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Polislərin 25 yaşlı şəxsi öldürdüyü bildirilir

Polislərin 25 yaşlı şəxsi öldürdüyü bildirilir

Bakının Sabunçu qəsəbəsində polis əməkdaşlarının 25 yaşlı Elşən Haqverdiyevi güllələyərək öldürdüyü bildirilir. Bu barədə qəsəbə sakinləri məlumat verib. Məlumatda bildirilir ki, hadisə sentyabrın 3-nə keçən gecə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti də Elşən Haqverdiyevin polislər tərəfindən öldürüldüyünü təsdiqləyib. Nazirliyin məlumatında iddia olunur ki, sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub:

“Dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə, qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib”, – məlumatda qeyd olunur.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haqverdiyev Elşən Zaur oğlu olub. Faktla bağlı araşdırma aparılır”, – nazirliyin məlumatında bildirilir.

Editor

Related Posts