Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

UEFA Millətlər Liqası: Azərbaycan millisi turnirə məğlubiyyətlə başladı

UEFA Millətlər Liqası: Azərbaycan millisi turnirə məğlubiyyətlə başladı

Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib – 3:1.

Matçın 65-ci dəqiqəsində hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub. Daha sonra İsveç millisində Viktor Gyökeres 80-ci dəqiqədə penaltidən fərqlənməklə hesabı artırıb. 

Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

Editor

Related Posts