Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

XİN Azərbaycan vətəndaşlarını zorla Ukraynaya müharibəyə göndərilməsi haqqında məlumatları şərh etmir

XİN Azərbaycan vətəndaşlarını zorla Ukraynaya müharibəyə göndərilməsi haqqında məlumatları şərh etmir

Sentyabrın 16-dan etibarən ölkənin bir sıra hökumətyönlü KİV-ləri Çeçenistanda beş Azərbaycan vətəndaşının saxlanıldığı və Ukraynaya müharibəyə göndərildiyi haqqında məlumatlar dərc edir. Bu məlumatın mənbəyi açıqlanmır.

Birinci24.com xəbər verir ki, Azərbaycan XİN-ə göndərilən sorğu cavabsız qalıb. RF-nın Bakıdakı Səfirliyi də susur.

Yeri gəlmişkən, hökumətin nəzarəti altında olan KİV-lərdə yayılması bu faktın doğru olması ilə bağlı şübhələri aradan qaldırır.

Hələlik bu Azərbaycan vətəndaşları Çeçenistana necə getdikləri və kim – əmək mühaciri və ya başqa şəxslər olduqları aydın deyil.

Editor

Related Posts