Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır

Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır

BMT Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, – o deyib.

Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.

Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir.

“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”, – Baş katib vurğulayıb.

Editor

Related Posts