Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvada Azərbaycan diasporunun üzvləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Moskvada Azərbaycan diasporunun üzvləri ilə görüşüb

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan diasporunun üzvləri ilə görüşüb.

Birinci24.com xəbər verir ki, QMİ-nin rəhbəri Azərbaycanda dövlət-din münasibətlərindən danışıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısını vurğulayıb.

A.Paşazadə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, dini məbədlərin yenidən qurulması, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması prosesi barədə məlumat verib. Bundan başqa, QMİ sədri ölkəmizdə keçiriləcək COP29-un əhəmiyyətindən söhbət açıb.

Görüş zamanı şeyxülislam diaspor nümayəndələrini maraqlandıran suallara cavab verib.

Editor

Related Posts