
Xalq artisti Aygün Kazımova konsert verəcək.
Bu haqda pop diva sosial şəbəkə hesabında məlumat verib.
Aygün 5 ildən sonra yenidən “Crystal Hall”ın səhnəsində canlı solo konsert proqramı ilə çıxış edəcək.
A.Kazımova konsertin tarixi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, Aygün Kazımova “Crystal Hall”da konsert verən yeganə yerli müğənnidir. Xalq artistinin “30 il” adlı konserti sözügedən məkanda 2017-ci ildə baş tutub.