Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Son 10 ildə kitabların sayı 15, oxucuların sayı isə 5,6 faiz azalıb – Rəsmi

Son 10 ildə kitabların sayı 15, oxucuların sayı isə 5,6 faiz azalıb – Rəsmi

Bu ilin əvvəlinə olan rəsmi məlumata görə, Azərbaycanda mövcud olan 2 min 913 kütləvi kitabxanada 27,7 milyon nüsxə kitab olub.

Birinci24.com xəbər verir ki, kütləvi kitabxanalarda olan kitabların sayı son 10 ildə 15% və ya 4,9 milyon nüsxə azalıb.

Məlumat üçün bildirək ki, son 10 ildə kitabların sayı kimi oxucuların da sayı azalıb. 10 il əvvəl – 2014-cü ildə kütləvi kitabxanaların 2 milyon 608 min nəfər oxucusu olduğu halda, ötən il onların sayı 2 milyon 465 min nəfərə kimi azalıb. Bu isə son 10 ildə oxucuların sayının 5,6% və ya 143 min nəfər azalması deməkdir.

Editor

Related Posts