Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda 18 yaşından kiçik qızlar arasında 233 nikah, 2 boşanma qeydə alınıb

Azərbaycanda 18 yaşından kiçik qızlar arasında 233 nikah, 2 boşanma qeydə alınıb

Ötən il Azərbaycanda nikahları rəsmi qeydə alınan 18 yaşadək gəlinlərin sayı 233 nəfər olub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bir il əvvəl 18 yaşadək gəlinlərin sayı 270 nəfər olub.

Gəlinlərdən fərqli olaraq son 2 ildə 18 yaşı tamam olmayan bəy qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, nikahları rəsmi qeydə alınan 18 yaşadək gəlinlərin 2-si ötən il boşanıb.

Qeyd edək ki, hazırkı Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunub.

Ancaq bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Lakin Ailə Məcəlləsinə edilən sonuncu dəyişikliyə əsasən, 2025-ci ilin 1 iyulundan bu hal ləğv ediləcək və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Editor

Related Posts