Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Netanyahunun ofisi atəşkəs xəbərinə münasibət bildirib

Netanyahunun ofisi atəşkəs xəbərinə münasibət bildirib

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusuna döyüşləri “tam gücüylə” davam etdirməyi əmr edib və dünənki atəşkəs çağırışına cavab verməyib. Baş nazirin ofisinin açıqlamasında belə deyilir.

Sentyabrın 25-də 11 ölkə və Avropa İttifaqı İsraillə “Hizbullah”ı üç həftəlik atəşkəs elan etməyə, bu müddət ərzində münaqişənin dinc yolla həllinə çalışmağa çağırıb.

Bəyanatı ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Yaponiya, Kanada, Avstraliya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Avropa İttifaqı imzalayıb.

Netanyahunun ofisi çağırışa belə cavab verib:

“Atəşkəslə bağlı xəbərlər həqiqətə uyğun deyil. Bu, Baş nazirin cavab belə vermədiyi Amerika-Fransa təklifidir”.

Ofisin açıqlamasında daha sonra deyilir: “Baş nazir SAXAL-a əmr edib ki, döyüşü tam gücüylə və ona təqdim olunan planlara uyğun davam etdirsin. Qəzzada döyüşlər müharibənin bütün məqsədləri reallaşdırılana qədər davam edəcək”.

İsrailin xarici işlər naziri İsrael Kats “X” paltformasındakı profilində yazıb ki, şimalda atəşkəs olmayacaq: “İsrail tam gücüylə “Hizbullah” terror təşkilatına qarşı mübarizəni qələbəyə qədər, şimal sakinləri öz evlərinə təhlükəsiz şəkildə qayıdana qədər davam etdirəcək”.

Editor

Related Posts