Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda bankların mənfəəti rekord səviyyəyə yüksəldi

Azərbaycanda bankların mənfəəti rekord səviyyəyə yüksəldi

Bu ilin ilk 8 ayında Azərbaycanda fəaliyyət göstərən banklar 772,3 milyon manat manat xalis mənfəət əldə ediblər.

Birinci24.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların mənfəəti 6,6% və ya 48,1 milyon manat artıb.

Qeyd edək ki, 8 ayda bankların əldə etdiyi mənfəət rekord göstərici hesab edilir. Daha əvvəl banklar heç vaxt ilin ilk 8 ayı ərzində bu qədər mənfəət əldə etməyiblər.

Onu da bildirək ki, bu ilin ilk 8 ayında banklar 175,1 milyon manat mənfəət vergisi ödəyiblər. Ötən ilin eyni dövründə bankların ödədiyi mənfəət vergisi 187,4 milyon manat olub.

Editor

Related Posts