Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Yaxşı kişi qadına əl qaldırmaz” – Aysun İsmayılova

“Yaxşı kişi qadına əl qaldırmaz” – Aysun İsmayılova

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yazdığı şərhlə müzakirələrə səbəb olub.

Sənətçi “Ümid ilə gəl” verilişində qadına şiddətlə bağlı müzakirəyə münasibət bildirib.

“Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək göstərmirlər, qadını yaxşı saxlayaraq, onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə… “Səhvi olanda bir şillə vurmaq olar” nə deməkdir? Bəs, siz kişilərin səhvi olanda qadın nə etsin? İş orasındadır ki, indi elə zəmanədəyik səhvi olmadan, ailəni saxlayan qadınlar da döyülür, söyülür. Bu mövzu mənim yaralı yerimdir, danışsam çox danışacam. Yaxşısı mən susum” deyə, Aysun yazıb.

Bir çoxları Aysunun ayrıldığı həyat yoldaşı tərəfindən şiddət gördüyünü yazıb.

Editor

Related Posts