Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

HƏMAS Təl-Əvivdə terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

HƏMAS Təl-Əvivdə terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Fələstinin HƏMAS qruplaşması oktyabrın 1-də Təl-Əvivin cənubunda yerləşən Yaffada törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Birinci24.com xəbər verir ki, bu barədə “Reuters” HƏMAS-ın hərbi qanadı olan “İzəddin əl-Qəssam” briqadasının bəyanatına istinadən məlumat yayıb.

“The Times of Israel” yazır ki, hücumu həyata keçirən iki terrorçu – Hebrondan olan Məhəmməd Mesek və Əhməd Himuni terror qruplaşmasının üzvləridir.

Oktyabrın 1-də axşam saatlarında Yaffada tramvay dayanacağında iki silahlı terrorçu mülki şəxslərə avtomatdan atəş açıb. Hücum edənlər zərərsizləşdirilib, polis bildirib.

Son məlumatlara görə, terror aktı nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb. 

Editor

Related Posts