Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Suriyadan 6, İraqdan 2 nəfər Azərbaycana gətirilib

Suriyadan 6, İraqdan 2 nəfər Azərbaycana gətirilib

Sentyabrın 18-də Suriyadan 6 nəfər, oktyabrın 7-də isə İraqdan 2 nəfər Azərbaycan vətəndaşının repatriasiyasının həyata keçirildiyi bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, əvvəlcə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib:

“Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”.

XİN. Foto: Wikipedia

“Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla onlar qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında repatriasiyası həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.

Həmçinin repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyi vurğulanır.

Nazirlikdən o da bildirilib ki, Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşların repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Sonuncu dəfə iyunun 4-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi.

Editor

Related Posts