Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Putin Pezeşkianla ilk görüşündə nəyi müzakirə edəcək?

Putin Pezeşkianla ilk görüşündə nəyi müzakirə edəcək?

“Aşqabadda gözlənilən görüşdə Rusiya və İran Prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ikitərəfli münasibətlərdən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər geniş mövzuları müzakirə edəcəklər”.

Birinci24.com xəbər verir ki,  bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov qeyd edib ki, bu, prezidentlərin ilk görüşü olacaq:

“Bu, ilk növbədə ikitərəfli Rusiya-İran münasibətləridir. Müxtəlif sənaye sahələrində kifayət qədər sıx əlaqələrimiz var. Amma təbii ki, Yaxın Şərqdəki vəziyyət də diqqətdən kənarda qalmayacaq. Hər halda ciddi söhbət olacaq. Bu, prezidentlərin ilk görüşüdür”.

Editor

Related Posts