Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Livanda eskalasiya nəticəsində 1 milyon nəfər didərgin düşüb

Livanda eskalasiya nəticəsində 1 milyon nəfər didərgin düşüb

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında gərginləşən münaqişə nəticəsində köçkünlərin sayı 1 milyona yaxınlaşıb.

Birinci24.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) BMT-nin rəqəmlərinə istinadən məlumat yayıb.

Bu məlumata görə, 900 mindən çox Livan sakini evlərini tərk etmək məcburiyyətində qalıb, onlardan 600 mini ölkə daxilində qalıb, 300 mini isə xaricə gedib.

Bundan əlavə nəşr bildirib ki, Livanın dövlət məktəblərinin təxminən yarısı müvəqqəti sığınacaqlarla təchiz edilib. Qeyd edilib ki, məcburi köçkünlər üçün çimərliklərdə, parklarda, yarımçıq tikililərdə və ən azı bir gecə klubunda kortəbii düşərgələr də yaradılıb.

Editor

Related Posts