Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gəncədə 10 nəfərin həlak olduğu hücumun ildönümüdü

Gəncədə 10 nəfərin həlak olduğu hücumun ildönümüdü

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

2020-ci il oktyabrın 11-də gecə saat 2-də şəhərin mərkəzi Ermənistanın ballistik raket hücumuna məruz qalıb.

Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 9 nəfər həlak olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydiyi bildirilir.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərinə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edib. Nəticədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Editor

Related Posts