Bayden “Milton” qasırğasının vurduğu ziyanı 50 milyard dollar qiymətləndirdi

Bayden “Milton” qasırğasının vurduğu ziyanı 50 milyard dollar qiymətləndirdi

Florida ştatını vuran “Milton” qasırğası nəticəsidə dəyən ziyanı ilkin olaraq 50 milyard dollar qiymətləndirilib.

Birinci24.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evin mətbuat xidməti tərəfindən yaydığı bəyanata bildirilib.

Dövlət başçısı qeyd edib ki, bu, son üç ayda Florida ştatını vuran üçüncü böyük qasırğadır.

Bayden vurğulayıb ki, bu, ekspertlərin ilkin hesablamalarıdır və dəymiş ziyanın yekun məbləği 50 milyard dollardan çox və ya az ola bilər.

Qeyd edək ki, oktyabrın 9-da “Milton” qasırğası Florida ştatını vurub. Onun maksimal sürəti 160 km/saatdan çox olub.

Qasırğa nəticəsində 125-ə yaxın ev dağılıb, 2,6 milyondan çox insan işıqsız qalıb. Qasırğa nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Fəlakət ərəfəsində 5 milyondan çox insan təxliyə edilib.

Editor

Related Posts