Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İki gündə “Hizbullah” İsrail ərazisinə 320 raket atıb

İki gündə “Hizbullah” İsrail ərazisinə 320 raket atıb

Oktyabrın 11-12-də “Hizbullah” təşkilatının yaraqlıları Livandan İsrail ərazisinə 320 raket atıb.

Birinci24.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“Ordu İsraili və xalqını “Hizbullah” terror təşkilatının təhdidlərindən müdafiə etməyə davam edəcək”, – IDF-nin bəyanatında deyilir.

Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” qüvvələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və əməliyyat zamanı təşkilatın hərbi hədəflərinə kütləvi hava zərbələri endirilib. Sentyabrın 27-də keçirilən zərbələrdən biri nəticəsində Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb. Hərəkat onun ölümünü təsdiqləyib və İsrailə qarşı müqaviməti davam etdirəcəklərinə söz verib. Oktyabrın 2-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatına başladığını elan edib.

Editor

Related Posts