Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı məsələnin gedişatını izlədiyini deyib

İran prezidenti Azərbaycan səfirliyinə hücumla bağlı məsələnin gedişatını izlədiyini deyib

Oktybarın 14-ü  Tehranda İran prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. İran prezidenti Azərbaycan səfirliyinə hücum məsələsini sona çatdıracağını vəd edib.

Birinci24.com xəbər verir ki, bu haqda “Turan” İRNA agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Pezeşkian iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. O, təhlükəsizlik məsələlərini və bununla bağlı problemləri həll etməyə çağırıb. 

“Ölkələr arasında təhlükəsizliyi, sülhü və ünsiyyəti möhkəmləndirmək və təşviq etmək üçün sərhədlərdə divarlar ucaltmağa ehtiyac yoxdur”, – Pezeşkian qeyd edib.

İkitərəfli iqtisadi layihələrə toxunan İran prezidenti iki ölkə arasında dəmir yolu və avtomobil yollarının yaradılmasını alqışladığını, energetika və kənd təsərrüfatı sahəsində əməkdaşlığın davam etdirilməsini və genişləndirilməsini istədiyini vurğulayıb.

Şahin Mustafayev Bakının Tehranla energetika, avtomobil və dəmir yolu əlaqəsi, təhlükəsizlik, müdafiə və mədəniyyət sahələrində əlaqələri genişləndirməyə hazır olduğunu bildirib.

O, İran Prezidentini Bakıya COP29 iqlim konfransına dəvət edib.

27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə hücum olub. “Kalaşnikov” avtomatı ilə silahlanmış İran vətəndaşı Yasin Hüseynzadə səfirliyin əməkdaşlarına atəş açıb. Səfirliyin mühafizə rəisi ölüb, digər iki nəfər yaralanıb.

İndiyədək İran hakimiyyəti hücum edən şəxsin barəsində hökmü rəsmən elan etməyib.

Editor

Related Posts