Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“The Financial Times”: “COP29 Azərbaycanın yaşıl kamuflyajıdır”

“The Financial Times”: “COP29 Azərbaycanın yaşıl kamuflyajıdır”

Qərb mediası gələn ay Bakıda keçiriləcək COP29 iqlim sammiti ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyətinə daha çox diqqət çəkməyə başlayıb. 

Birinci24.com xəbər verir ki, “The Financial Times”ın yazdığına görə, Azərbaycan COP29-a ev sahibliyi etməklə reputasiyasını təmizləməyə, “yaşıl kamuflyaj” ilə maskalamağa çalışır.

Məqalədə Azərbaycanın Ermənistanla sülh sazişi imzalamadığı vurğulanır. Qəzet yazır ki, “sülh COP-u” vəd edən Azərbaycan bu tədbir öncəsi Ermənistanla sülh sazişi imzalamaqla bu gözləntini doğrulda bilər.

“The Financial Temes” qeyd edir ki, Azərbaycan kimi ölkələrə qlobal tədbirlər keçirməyə icazə vermək nəzəri olaraq avtokratları özlərini daha yaxşı aparmağa məcbur etmək deməkdir.

“Ancaq fevralda dövlətin idarə etdiyi seçkidə beşinci qələbəsini qazanan Əliyev təlaşsız görünür. İnsan haqları qrupları COP öncəsi tənqidçilərə, mediaya və vətəndaş cəmiyyətinə təzyiqlərin önlənməsi üçün Bakıya təzyiq göstərməyə çağırır. Yerli hüquq müdafiəçiləri ölkədə 300-dək siyasi məhbusun olduğunu deyirlər”, – məqalədə bildirilir.

Qəzet hökumətləri və iştirakçıları COP29 fürsətindən yararlanaraq Azərbaycana demokratik göstəricilərlə bağlı təzyiq göstərməyə çağırır.

 “POLITICO”ya danışan Azərbaycan Prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev demokratiya ilə bağlı beynəlxalq tənqidləri “koordinasiya olunmuş qarayaxma kampaniyası və çirkin propaqanda” adlandırıb.

“Gerçəkdən iyrəncdir – bunu Azərbaycana qarşı düşməncəsinə hərəkətlər sayırıq. COP gündəmini iqlim dəyişikliyinə birbaşa bağlılığı olmayan məsələlərlə yükləmək fayda vermir, ziyanlıdır”, – Hacıyev deyib.

“POLITICO” Azərbaycanın geriyə addım atmaq əlaməti göstərmədiyini yazır. 

Ötən ilin noyabrından bəri Azərbaycanda 20-dək müstəqil jurnalist, ictimai fəal, əsasən, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onlar ittihamı qəbul etmirlər, peşə fəaliyyətlərinə görə saxlandıqlarını deyirlər.

Editor

Related Posts