Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

ABŞ-dan İsrailə sərt xəbərdarlıq

ABŞ-dan İsrailə sərt xəbərdarlıq

İsrail çərşənbə günü səhər Beyrutun cənub ətrafına zərbələr endirib.

“Reuters”-in xəbərinə görə, bu, itkilərin sayının artması və regionda eskalasiyanın genişlənməsi təhlükəsi fonunda İsrailin Beyruta genişmiqyaslı hücumlarına ABŞ-ın etirazından bir neçə saat sonra baş verib.

İsrail ordusu bildirib ki, Livanın “Hizbullah” radikal qruplaşmasının Dahiya bölgəsindəki yeraltı anbarda yerləşən strateji silahlarını hədəf alıb.

“Zərbədən əvvəl mülki əhalinin zərər çəkməsi riskini azaltmaq üçün müxtəlif addımlar atılıb, o cümlədən ərazidəki əhaliyə əvvəlcədən xəbərdarlıq edilib” – SAHAL-ın bəyanatında belə deyilir.

“Reuters” yazır ki, ABŞ İsrailə Qəzza zolağında humanitar vəziyyəti yaxşılaşdırmaq üçün addımlar atmalı olduğunu, əks halda ABŞ-ın hərbi yardımına  məhdudiyyətlər qoyulacağını bildirib.  Agentlik qeyd edir ki, bu, İsrailin HƏMAS-a qarşı bir il əvvəl başlatdığı müharibə dövründə ABŞ-ın ən sərt xəbərdarlıqdır.

ABŞ dövlət katibi Antoni Blinkenin və müdafiə naziri Lloyd Ostinin İsrail rəsmilərinə birgə məktubunda İsrailin kommersiya idxalına tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən Qəzzanın şimalı və cənubu arasında humanitar daşımalara qoyulan qadağalar, Qəzzaya göndərilən mallarla bağlı “ağır və həddindən artıq sərt” məhdudiyyətlər xatırladılıb.

Gündə ən azı 350 yük maşınının Qəzzaya girməsinə icazə verilməsi,  humanitar yardımın çatdırılmasına şərait yaratmaq üçün döyüşlərin dayandırılması da daxil olmaqla, məktubda İsrailin 30 gün ərzində atmalı olduğu konkret addımlar qeyd edilib. Vaşinqtondakı İsrail rəsmisi məktubu aldıqlarını və nəzərdən keçirdiklərini bildirib.

Editor

Related Posts