Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə güclü zəlzələ nəticəsində 200-ə yaxın insan yaralanıb – Yenilənib

Türkiyədə güclü zəlzələ nəticəsində 200-ə yaxın insan yaralanıb – Yenilənib

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 187 nəfər yaralanıb.

Birinci24.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, zəlzələ nəticəsində Malatyada 1, Şanlıurfada 1, Elazığda 1 olmaqla ümumilikdə 3 binaya ziyan dəyib.

Zəlzələ ilə əlaqədar ölkənin Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris prosesi bir günlük dayandırılıb.

Zəlzələ nəticəsində həyatını itirən olmayıb.

***
12:18 

Türkiyədə 5.9 bal gücündə zəlzələ olub.

Birinci24.com TRT-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ Malatya vilayətinin Kale rayonunda qeydə alınıb.

Zəlzələ yerin təxminən 10,07 kilometr dərinliyində baş verib.

Təbii fəlakət ətraf vilayətlərdə də hiss edilib.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə “X” hesabında aidiyyəti qurumların AFAD-la birgə ərazi araşdırmalarına başladığını bildirib.

Editor

Related Posts