Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

Kazanda BRİKS sammiti başladı

Kazanda BRİKS sammiti başladı

Oktyabrın 22-də Rusiyanın sədrliyi ilə Kazanda üçgünlük BRİKS sammiti başlayır.

Birinci24.com xəbər verir ki, Braziliya prezidenti istisna olmaqla, qrupa daxil olan, demək olar ki, bütün dövlət başçıları orada iştirak edəcək.

Bildirilib ki, tədbirdə BRİKS-ə qoşulmağa can atan, lakin hələ də daxil olmayan Rusiyaya “dost” ölkələrin liderləri də qatılacaq.

Kazan sammiti 2022-ci ilin fevralında Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyada dünya liderlərinin ən böyük görüşü olacaq.

Formal olaraq BRİKS sammiti oktyabrın 22-də Kazanda açılır, lakin rəsmi tədbirlər yalnız növbəti gün başlayacaq.

Vladimir Putin BRİKS-ə üzv ölkələrin bütün liderləri ilə, eyni zamanda hələ assosiasiyaya daxil olmayanlarla – xüsusən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ayrı-ayrılıqda görüşlər keçirmək niyyətindədir. Bundan əlavə, Putinin Fələstin, Serbiya, Laos, Mavritaniya, Boliviya prezidentləri, həmçinin BMT-nin baş katibi və Vyetnamın baş naziri ilə görüşləri nəzərdə tutulub.

Editor

Related Posts