Today Çərşənbə axşamı, 22nd Oktyabr 2024
Birinci 24

Birinci 24

Lerikə 6 sm qar yağdı – Faktiki hava

Lerikə 6 sm qar yağdı – Faktiki hava

Lənkəran-Astara bölgəsində yağıntılı hava şəraiti davam edir.

Birinci24.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Saat 22:00-a olan məlumata əsasən, bəzi yerlərdə leysan xarakterli yağış, dağlıq ərazilərə isə qar yağır.

Yağıntının miqdarı Astarada 36 mm, Lənkəranda 18 mm, Yardımlıda 14 mm, Lerikdə 9 mm-dir.

Qar örtüyünün hündürlüyü Lerikdə 6 sm təşkil edir.

Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir.

Editor

Related Posts