Tramp qalib gəlsə, Aİ Rusiyaya qarşı sanksiyaları artıra bilər – “Reuters”

Tramp qalib gəlsə, Aİ Rusiyaya qarşı sanksiyaları artıra bilər – “Reuters”

Avropa İttifaqı (Aİ) Respublikaçılar Partiyasının namizədi Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin artırılması imkanını nəzərdən keçirir.

Birinci24.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Avropa rəsmiləri əmin olmaq istəyirlər ki, Vaşinqton yeni administrasiyanın gəlişi ilə bağlı kursu dəyişmək qərarına gəlsə belə, Aİ-nin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq.

Agentliyin qeyd etdiyi kimi, müzakirə olunan tədbirlər Rusiyanın aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmağa nəzarətə təsir edə bilər.

Agentliyin həmsöhbətlərinin qeyd etdiyi kimi, Aİ həmçinin Rusiya neftini daşıdığı iddia edilən daha 45 gəmini qara siyahıya salmaq və Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Editor

Related Posts