Today Bazar ertəsi, 9th İyun 2025
Birinci 24

Birinci 24

Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub

Bu il Azərbaycanda 30 məktəb şagirdi məhkum olunub

Bu ilin ilk yarısında Azərbaycanda 143 nəfər 14-17 yaşlı uşaq məhkum olunub.

Birinci24.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə müxtəlif cinayətlərə görə məhkum olunan uşaqların ümumi sayı 4,7% və ya 7 nəfər azalıb.

Məlumat üçün bildirək ki, məhkum olunan uşaqların 139-u oğlan, 4-ü isə qız olub.

Onlardan 35-i 14-15 yaşlarında, 108-i isə 16-17 yaşlarında olub.

Məhkum olunan uşaqların 133-nün hər iki valideyni, 10-nun bir valideyni olub.

Onu da bildirək ki, məhkum olunan uşaqların 30-u şagird, 74-ü işləməyən və oxumayan, 39-u isə işləyən uşaqlar olub.

Məhkum olunan şagirdlərin sayı son bir ildə 20% artıb.

Editor

Related Posts