Bakıda sanki heç bitməyən təmir-abadlıq işləri beynəlxalq tədbirlər öncəsi daha da intensivləşir – yol kənarları hasarlanır, binalar ağardılır. Piyadalar istədikləri ünvana dolanbac yollarla gedib çıxmalı, həm də yolüstü tozlu havanı ciyərlərinə çəkməli olurlar. Noyabrda keçiriləcək COP29 BMT-nin iqlim sammiti öncəsi də oxşar mənzərə yaranıb. Üstəlik, bu yay Bakıda bir neçə dəfə havada tozun miqdarının normadan yuxarı olduğu açıqlandı və transsərhəd xarakterli olduğu bildirildi.
Tozlu, çirkli hava dünyada hər doqquz ölümdən birinə bais olur. Bəs, Bakıda hava çirklənməsinə səbəb olan amillər hansılardır, onların monitorinqi aparılırmı, aparılırsa, hansı tədbirlər görülür?
“Köhnə binaların divarlarını qaşıdılar və ağartdılar”
“COP29-a görə köhnə binaların divarlarını qaşıdılar və ağartdılar. Halbuki o qaralma təkcə qədimliyi göstərmirdi, həmçinin karbon qazının udulmasına kömək edirdi. Qaşınması əlavə tozun atmosferə atılmasına səbəb oldu”, – iqlimşünas Məhərrəm Mehdiyev qeyd edir.
BMT-nin qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilmiş COP29 sammitinin Bakıda başlamasına sayılı günlər qalıb. Tədbirin məqsədi Paris Sazişinin tələbinə – dünyada istixana qazı emissiyalarını azaltmaq və qlobal istiləşməni sənayeləşmədən əvvəlki dövrdəki kimi 1.5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdı.
Lakin COP29-a hazırlıq üçün aparılan təmir-tikinti işləri Azərbaycanın bu hədəfinə heç uyğun gəlmir. “Köhnə binaların arasında rənglənənlər, yaxud metal örtüklə əvəzlənənlər varsa, karbon qazının udulmasına ciddi maneələr olacaq. Ağardılırsa, bir müddət karbon qazı kiçik məsamələr ilə gec udulacaq, qaşınanda ayrılan toz isə atmosferə birbaşa təsir edəcək”, – M.Mehdiyev söyləyir. O xüsusən də son illər artan tikintilər zamanı qum, sement kimi materiallardan çıxan tozun da havanı çirkləndirdiyini vurğulayır: “Həmçinin, dörd sement zavodu şəhərdən kənarda yerləşsə də, onların atdığı sement tozu kilometrlərlə hava yolu qət edir və 15 kilometr uzağı belə tozlandırır”.
Təkcə təmir-abadlıq işləri deyil…
Bakının havasının kirlənməsində ən böyük paya nəqliyyat vasitələri malikdir. Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, dosent ƏnvəCOP29-un əsas hədəfi atmosferə buraxılan istixana qazlarının məhdudlaşdırılmasıdır. Ancaq rəsmi rəqəmlər belə Azərbaycanın bu hədəfə çatmadığını göstərir. Belə ki, 2020-ci ildə atmosfer havasına düşən karbon oksid 17.3 min ton idisə, 2023-cü ildə 37.7 min tona yüksəlib. Bir nəfərə düşən karbon oksid miqdarı da həmin illərlə müqayisədə 2 dəfədən çox artaraq 1.7 kiloqramdan 3.7 kiloqrama çatıb.
Müstəqil şəkildə ekoloji problemləri araşdıran mütəxəssislərdən biri vəziyyətin əslində daha qəliz olduğunu deyir. O bunu az və qeyri-dəqiq monitorinqlər və müstəqil araşdırmaya məhdudiyyətlə əlaqələndirir. “Havanı çirkləndirən bəzi maddələr iysiz və gözlə görünməsi mümkünsüz kiçik ölçüdə olur. Bu kiçik maddələr daha zərərli sayılır və bütün bədəni əhatə edə bilir”, – söyləyən ekspert vurğulayır ki, bu amilləri nəzərə alanda tozlanma əslində daha çoxdur.r Əliyev bu göstəricinin 70 faiz olduğunu bildirir. Dediyinə görə, daxili yanma mühərrikindən 260-dan çox müxtəlif növ çirkləndirici buraxılır: “Onlara karbon-oksidi, azot-oksidi, kükürd oksidləri, aldehidlər, his, qurum aiddir. Ən qorxulusu da avtomobillərin təkərləri altından çıxan və sürtünmə nəticəsində asfaltla broun hərəkətində olan çox xırda hissəciklərdir”.
Daha bir səbəb cənubdan gələn hava axınlarıdır. Mütəxəssis deyir ki, cənubdan – Ərəbistan və Afrika səhralarından, cənub-şərqdən- İrandan, eləcə də Türkmənistandan hava axınları ilə toz gəlir: “Fırtınaların olması, küləklərin güclənməsi ilə tozlanma böyük regional miqyasda baş verib. Dəniz səviyyəsindən aşağı olduğundan Bakıya kiçik toz dənəciklərinin gəlməsi asanlaşır. Lokal tozlanmaya həm də təmir-tikinti səbəb olur. Xüsusən də divarlar ağardılanda, sement-çınqıl işləri vaxtı yüksək miqdarda toz havaya qalxır”.